Bakının Sabunçu rayonunda yaşayış evində yanğın olub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa Bakı şəhərinin Xətai rayonunda “Toyota” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqdakı avtomobillərin ön və arxa buferi əriyib. Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.