16:37
12 Punto 14 Punto 16 Punto 18 Punto

31 yaşlı Gəncə şəhər sakini iki nəfərin ona hədə-qorxu gələrək 100.000 dollar tələb etməsi barədə polisə müraciət edib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 47 yaşlı H.Həsənov və 42 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla H.Həsənovun üzərinə keçirilən baxış zamanı ondan tramadol həbi və marixuana aşkar olunaraq götürülüb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər