27 Fevral 2015 12:14
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının Azərbaycan Demokratiya və Rifah Hərəkatında (ADR) təmsil olunan partiya üzvləri barədə tədbir görəcəyinə dair məlumat yayılıb. Bilidirlir ki, Müsavat Partiyasının bəzi üzvləri qərargaha belə gəlmədiyi halda ADR-in sədri Qubad İbadoğlu ilə birgə addımlayır, təbirlərinə qatılırlar.

Fevralın 26-da Xocalı soyqırımı abidəsini ziyarət edən ADR üzvlərinin sırasında Q.İbadoğlu ilə yanaşı, Ellada Məmmədli, Sədaqət Paşayeva, Hüseyn Məlik, Arifə Hüseynova və onlarla həm hərəkat, həm də Müsavat Partiyasının təmsilçiləri vardı. Məlumata görə, Müsavat rəhbərliyi hərəkatda təmsil olunan müsavatçıları seçim qarşısında qoyublar: ya partiya, ya ADR.

Maraqlıdır, Müsavat Partiyası ADR-i seçən üzvlərinin barəsində ölçü götürəcəkmi?

Bu sualla müraciət etdiyimiz Müsavat Partiyası sədrinin müavini Elman Fəttah Teleqraf.com-a bildirib ki, o, ADR ilə maraqlanmır: "O hərəkatla maraqlanmıram və onlarla bağlı suallara cavab vermirəm".

E.Fəttah eyni zamanda qeyd etdi ki, ADR-i seçən partiya üzvlərinin məsələsi müzakirə olunarsa, bu barədə mətbuata məlumat veriləcək.

Ayxan


Müəllif: