Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu Azərbaycanı beş aylıq tərk edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hərəkatın sədri qarşıdakı beş ayda Azərbaycanda olmayacaq. Məhz bu səbəbdən də ADR İdarə Heyətinin sonuncu toplantısında sədrin birinci müavini postu təsis edilib və Vurğun Əyyub bu posta təyin edilib. Məqsəd isə Qubad İbadoğlu olmadığı bu müddətdə hərəkatı Vurğun Əyyubun idarə etməsini təmin etməkdir.
Qubad İbadoğlu özü isə deyib ki, ilk dəfədir ki, ABŞ-a Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri statusu ilə müzakirələrə qoşulacaq: “İkincisi, səfər proqramım şəffaflıq deyil, daha çox siyasi məsələlər üzərində qurulacaq. ABŞ Konqresi tərəfindən əsası qoyulan bu proqram Dövlət Departamenti və Demokratiya Naminə Fond tərəfindən dəstəklənir”.
Qeyd edək ki, Qubad İbadoğlunun ölkədə olmadığı müddətdə hərəkatı Vurğun Əyyub idarə edəcək.
Demək V. Əyyub yaxın beş ayda Müsavat rəhbərliyi ilə açıq konfrontasiyaya getməli olacaq. Çünki bu iki qurumun rəhbərliyi arasında neçə müddətdir ki, qarşılıqlı ittihamlar hökm sürür.
Əldə etdiyimiz xəbərə görə, ADR Hərəkatının sədri Bakıya avqustda qayıdacaq.
Nemət