6 Mart 2015 12:04
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycana qarşı kampaniyaya başlayan QHT səviyyəli təşkilatların idarə heyətində, onları maliyyələşdirən sponsorların arasında erməni mənşəli insanlar var”.

Bu barədə Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Amnesty İnternational”, “Human Rights Watch” və digər təşkilatların I Avropa Oyunlarının Bakıda keçirilməsinə qarşı kampaniya aparmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, erməni lobbisini narahat edən bu oyunların məhz Azərbaycanda keçirilməsidir: “Söhbət bu oyunların Avropanın 50 ölkəsində yox, məhz Azərbaycanda keçirilməsindən gedir. Çünki belə oyunları ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı olan və idmana yüksək qayğı göstərən ölkələrdə keçirirlər. Bu gün Azərbaycan yüksək iqtisadi inkişafa malik olan sabitlik adasıdır. Bu keyfiyyətlər Azərbaycanın bu oyunları yüksək səviyyədə keçirəcəyinə zəmanət verir. Hansı ki, bununla bağlı bizim gözəl təcrübəmiz də var”.

S. Novruzov qeyd edib ki, 2012-ci ildə Bakıda keçirilən “Eurovision” müsabiqəsindəki təşkilatçılıq dünyaya bir nümunə oldu.

“Ona qədər bir çox ölkədə keçirilmişdi, amma Azərbaycandakı kimi təşkilatçılıq yox idi. Məhz həmin ildən sonra müsabiqənin bu səviyyədən aşağı keçirilməməsi qərarı verildi”, - deyə millət vəkili bildirib.

YAP rəsmisi Azərbaycana qarşı kampaniyada “sapı özümüzdən olan baltaların” da yer aldığını vurğulayıb. Onun sözlərinə görə, media prinsiplərindən xəbərsiz olan bəzi KİV-lər, Əli Kərimli və onun ətrafı, bir sıra QHT bu kampaniyada əsas rolları paylaşır: “Hətta həmin təşkilatlara məlumat göndərən, teleqram vuranda bunlardır. Onlar da bu “informasiyalar” əsasında təxribat törədirlər. Mən tarixi bir məqamı xatırlatmaq istəyirəm. Ümummilli lider Heydər Əliyev Siyasi Büronun üzvü olanda ermənilər ona qarşı azərbaycanlıların əli ilə kampaniya aparırdı. Belə ki, İrəvana gedən azərbaycanlıların pasportları bir saatlığına ermənilər tərəfindən yığılırdı. Bu pasportlar vasitəsilə Qorbaçova və digərlərinə Heydər Əliyevin əleyhinə olan teleqramlar vurulurdu. Nəticədə azərbaycanlıların mövqeyinin belə olduğu rəyi yaranırdı. İndi də eyni ssenaridir. Ermənilər Seyid Əhmədin əli ilə ilanı tutur. Əli Kərimli, onun ətrafındakı insanlar, bir neçə QHT və media orqanı da məhz belə teleqramlar vurur, Azərbaycanda müxalifət partiyalarının bu oyunların keçirilməsinə qarşı olduğu rəyi yaradılır. Bu şərəfsizliyin bariz nümunəsidir”.

S. Novruzov I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini ölkəmizin təbliğatı baxımından böyük rol oynayacağını qeyd edib.

“50-dən artıq ölkə Azərbaycan həqiqətlərini görəcək, Dağlıq Qarabağ problemi, erməni işğalı haqda məlumatlandırılacaq. “Eurovision” müsabiqəsi zamanı səhnəyə çıxan hər bir müğənninin dili ilə işğal olunmuş rayonlarımız təqdim olunur, Qarabağ məsələsi vurğulanırdı. Hətta Ermənistanın ictimai Televiziyası belə bu görüntüləri yaymağa məcbur idi. Çünki müsabiqənin qanunu budur. Bu cür təbliğat milyardlarla pul xərclənsə belə mümkün olmur. İdman oyunları bu işdə xüsusi çəkiyə malikdir. Çünki dünyada idman ictimaiyyəti böyükdür. Bu gün Yunanıstan filosofları və qədimliyi ilə tanınmaqla yanaşı, I Dünya Olimpiya Oyunlarının ilk keçirildiyi yer kimi də tanınır. İlk Avropa Oyunlarının keçiriləcəyi məkan isə Azərbaycan olacaq. Erməni lobbisini və onlara bağlı olanları bu fakt narahat edir. Canında, damarında azərbaycanlı qanı axan hər kəs buna sevinir. Erməni qanı olanlarsa kədərlənir”.

S. Novruzov heç nəyə baxmayaraq, Azərbaycanın bu oyunları yüksək səviyyədə keçirəcəyini diqqətə çatdırıb.


Müəllif:

Oxşar xəbərlər