"Onlar erməni mənşəli şəxslərə məlumat ötürür"
Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı Ombudsmanın hesabatını dəstəkləyib.
Teleqraf.com-un xəbərinə görə, deputat deyib ki, son dövrlər bir qrup beynəlxalq təşkilat Azərbaycan dövləti haqqında olmazın şər-böhtan yağdırır: “Eurovision" ərəfəsində də belə kampaniya gedirdi. Onlar erməni mənşəli şəxsləri, qrant verib "şapka" aldığı insanları, Azərbaycanın dövlət və hərbi sirlərini ermənilərə satanları dəstəkləyir. Buradan bir qrup şəxs onlara material ötürür. Bunlar AXCP sədri Əli Kərimli, onun ətrafı, erməni mənbəsindən qrant alaraq saxladığı QHT-lərdir. Hesab edirəm ki, millət vəkilləri, ombudsman bu məsələdə mövqeyini ortaya qoymalıdır. Belə bir möhtəşəm tədbir bizim ölkəmizdə keçirilir. Hörmətli Mehriban xanım ölkələri bir-bir gəzərək təqdimatlar keçirir. Fikrimcə, bu işdə hər kəs imkanı daxilində dəstəyini göstərməlidir”.
YAP-çı deputat daha sonra qeyd edib ki, İsveçrə səfirliyində bir adamı 6 aydır ki, gizlədirlər: “Bu adam milyonlarla qrant alıb, 240 min manat vergidən yayınıb. Mən təklif edirəm ki, Ombudsman İsveçrə səfirliyinə müraciət etsin. Qoy bu səfirlik 3 gündə məcburi köçkünü və ya müəllimə yemək versin. Hələ bir dəfə eşitməmişik ki, bu qurumlar həkimi, müəllimi müdafiə etsin”.
Nemət