Azərbaycan Liberal Partiyası bu il keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərarsızdır.
Bu barədə partiya sədri Əvəz Temirxan deyib. ALP sədri seçkiyə qatılıb-qatılmayacaqları barədə dəqiq qərar verilmədiyini söyləyib.
O, 8 müxalifət partiyasının yaratdığı “Azadlıq-2015" blokuna da münasibət bildirib: ”Onlara işlərində uğurlar arzulayıram. Amma bizim “Azadlıq-2015"-ə qoşulmağımız gündəmdə deyil. Seçkidə iştirak edəcəyimiz təqdirdə namizədləri müxalifət arasında razılaşdırmaq olar. Hər dairədən 1 müxalif namizəd olmalıdır”.
Ə.Temirxan ALP lideri Lalə Şövkətlə ötən həftə partiyanın iclasında iştirak etdiyini deyib.
ALP sədri L.Şövkətin səhhətindən də danışıb: “Lalə xanım gümrahdır”.
NƏRGİZ