6 Mart 2015 22:50
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Xocalı soyqırımı ilə əlaqədar müraciətinə cavab verib.

Qurumdan diaspor təşkilatına ünvanlanmış rəsmi məktubda Avropa Komissiyasında BAK-ın 13.02.2015-ci il tarixli müraciətinə baxılacağı bildirilir. Sənəddə həmçinin qeyd olunur ki, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi xanım Federika Moqereniyə BAK-ın Avropa İnstitutlarına ünvanlanmış müraciətinə baxılmasını tövsiyə edib. Teleqraf.com-un məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsin məlumat yayıb.

Xatırladaq ki, Benilüks Azərbaycanlılar Konqresi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Avropa İnstitutlarının rəhbərlərinə və Avropa Parlamentinin 751 millət vəkilinə ünvanlanmış bəyanat qəbul etmişdi. Bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilmiş kütləvi qırğınla bağlı faktlar Avropa parlamentarilərinin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. BAK dünya ictimaiyyətinə müraciət edərək insanlığa qarşı törədilmiş Xocalı soyqırımını tanımağı və günahkarların cəzalandırılmasını tələb edib.

Müraciətdə həmçinin, Avropanın beynəlxalq təşkilatlarını və parlamentariləri öz nüfuzundan istifadə edərək bir milyon azərbaycanlı məcburi köçkün və qaçqının öz torpağına təhlükəsiz qayıtmasını təmin etməyə çağırıb.

Bəyanat Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurasının prezidentlərinə, Birləşmiş Millətlər Təşkilatına, Niderland, Belçika, Lüksemburq parlamentlərinə və bir sıra beynəlxalq təşkilatlara göndərilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər