11 Mart 2015 16:35
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevinc Fətəliyeva: “Azərbaycan özünü bütün dünyaya bir daha azad, demokratik, sivil dövlət kimi təqdim edəcək”

“Bu gün Azərbaycan güclü dövlətdir, beynəlxalq müstəvidə böyük nüfuza sahibdir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir və mühüm layihələr reallaşdırmaqla özünü dünyaya barış və əməkdaşlıq məkanı kimi təqdim edir. Bunu isə Azərbaycan özünün müstəqil siyasi iradəsi ilə reallaşdırır. Təbii ki, ölkəmizin bu xoşməramlı siyasətini dəstəkləyənlər çox olsa da, inkişafımızı istəməyən, müstəqil siyasət həyata keçirməyimizi həzm edə bilməyən xarici dairələr də var”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, bu dairələrin başında erməni lobbisi dayanır. Ona görə də Azərbaycanın uğurlarına və nüfuzuna kölgə salmaq məqsədilə bu cür cəhdlər edilir. Şöbə müdiri xatırladıb ki, 2012-ci ildə ölkəmizdə “Evrovision” mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində də belə cəhdlər olmuşdu. Amma o zaman bütün dünya Azərbaycanın necə güclü, sivil bir dövlət olduğunun şahidi oldu.

“Bu mənada hesab edirəm ki, Azərbaycan ilk Avropa Oyunları vasitəsilə özünü bütün dünyaya bir daha azad, demokratik, sivil dövlət kimi təqdim edəcək. Bu mötəbər tədbir ərəfəsində bəzi dairələr ölkəmiz haqda mənfi imic formalaşdırmağa çalışırlar. Amma düşünürəm ki, Avropa Oyunları zamanı belə qeyri-obyektiv fikirlərin puç olacağına bir daha şahidlik edəcəyik”, – deyə S.Fətəliyeva vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər