12 Mart 2015 22:38
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn və xanımı Bequm Sahiba martın 12-də İçərişəhərlə tanış olublar.

Trend-in məlumatına görə, qonaqların İçərişəhərdə gəzintisi Qız qalası ilə tanışlıqdan başlayıb. Pakistan Prezidentinə və xanımına bu qədim abidənin tarixi barədə ətraflı məlumat verilib.

Sonra qonaqlar elektromobillə İçərişəhəri gəziblər. Gəzinti zamanı onlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhərin ərazisində müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri dövlət tərəfindən qorunur.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Prezident Məmnun Hüseyn və xanımı Bequm Sahiba təndir çörəyinə qonaq ediliblər.

Qoşa Qala qapısı meydanı ilə tanışlıq zamanı isə qonaqlar qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıblar.

Azərbaycanın tarixi iqtisadi-mədəni əlaqələrindən xəbər verən ölkə əhəmiyyətli abidə – Multanı Karvansarasının tarixi Pakistan Prezidentinin və xanımının diqqətinə çatdırılıb.


Müəllif:

Oxşar xəbərlər