"Milli Şuranın mitinqi kənar qüvvələrin sifarişi əsasında keçirilən bir yığıncaq idi”.
Bunu Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şura üzvü, partiyanın Qaradağ rayon təşikilatının sədri Aydın Hüseynov deyib. Onun sözlərinə görə, aksiyada nəhdud sayda insanlar iştirak edib:
"Milli Şuranın və onun drijoru Əli Kərimlinin "ümumxalq mitinqi” bundan artıq ola bilməzdi. Bunlar hər təxribata gedirlər ki, Azərbaycanda sabitlik pozulsun. Cəhd edirklər ki, İlk yay Avropa Oyunları baş tutmasın. Bütün bu səhdlər isə əbəsdir, xalq hər şeyi yaxşı bilir və dövlətin gələcəyinin təminatçısı olan İlham Əliyevin ətrafında sıx birləşib. Bu üzdən Əli Kərimlinin, ümumilikdə radikalların ölkədə sabitliyi pozmaq üçün atdığı təxribat xarakterli addımlar iflasa uğrayacaq”.