16 Mart 2015 17:40
1 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində Azərbaycana qarşı təzyiq cəhdləri var. Bunun əsas səbəbi məhz ölkəmizin dinamik inkişafının bəzi xarici dairələr tərəfindən qəbul edilə bilməməsidir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib.

E.Nəsirli bildirib ki, ölkəmizin istənilən sahə üzrə sürətli inkişafını bəzi xarici qüvvələr həzm edə bilmirlər. Onun sözlərinə görə, dövlətimiz öz seçdiyi inkişaf yolundan çəkinmir, uğurlu gələcəyə doğru inamla addımlayır və bu yoldan bizi heç kəs çəkindirə bilməz.

“Belə olan təqdirdə də bəzi beynəlxalq dairələr öz “fəaliyyətlərini” məhz Azərbaycan əleyhinə yönəltməyə başlayırlar. I Avropa Oyunlarının keçirilməsinə az bir müddət qalmış bu cür boykot xarakterli fikirlərin səsləndirilməsi heç də təsadüfi deyil. Amma əminik ki, son nəticədə yenə də uğursuzluğa düçar olacaqlar”, – deyə politoloq qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər