Sudan Respublikasının xarici işlər naziri Ali Ahmed Karti martın 17-19-da Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində Ali Ahmed Kartinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Görüşdən sonra nazirlər tərəfindən birgə mətbuat konfransı keçiriləcək.
Səxavət