18 Mart 2015 17:11
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hərtərəfli düşünülmüş, sosial-iqtisadi sahələrin hər birinin tarazlı inkişafını təmin edən siyasət nəticəsində əsas makroiqtisadi göstəricilər qorunub saxlanılır”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, dövlət tərəfindən kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir.

Onun sözlərinə görə, bu sahənin əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində həlledici rolu var: “Kənd təsərrüfatında əldə olunan uğurlu nəticələr, hər şeydən əvvəl ölkəmizdə aparılmış aqrar islahatlar, ölkə rəhbərliyinin bu vacib sahəyə çox ciddi diqqət və qayğısı ilə əlaqədardır. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar sayəsində kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsi, onlara müxtəlif mənbələrdən güzəştli dövlət kreditlərinin ayrılması, aqrolizinq yolu ilə texnika, gübrə, yüksək məhsuldar damazlıq heyvanlar verilməsi və yüksək reproduksiyalı bitki toxumları ilə köməklik göstərilməsi keçən il də davam etdirilib. Kənd təsərrüfatının əsas məsələlərindən olan istehsal edilən məhsulun satışında qiymət artımının qarşısını almaq, məhsulun itkisiz saxlanılıb ilin bütün fəsillərində bazara çıxarılmasını təmin etmək üçün hökumətin həyata keçirdiyi müvafiq tədbirlər öz bəhrəsini verir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər