Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Braziliya Demokratik İşçi Partiyasının lideri və parlamentdəki fraksiya rəhbəri, senator Kristovam Buarque və digər senatorlarla görüşüb.
DIP-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, K.Buarque A.Mollazadənin şərəfinə nahar verib və ölkəmizlə bağlı dəyərli fikirlərini bölüşüb. A.Mollazadə də öz növbəsində senatorlara ölkəmiz barədə ətraflı məlumat verib.
Görüşdə həmçinin Azərbaycan-Braziliya əlaqələrinin, parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi, ölkələrimiz arasında dostluq münasibətlərinin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Səxavət