Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Braziliya Demokratik İşçi Partiyasının lideri və parlamentdəki fraksiya rəhbəri, senator Cristovam Buarque və digər senatorlarla görüşüb.
Teleqraf.com-un xəbərinə görə, Cristovam Buarque A.Mollazadənin şərəfinə nahar verib və ölkəmizlə bağlı dəyərli fikirlərini bölüşüb. Asim Mollazadə də öz növbəsində senatorlara ölkəmiz barədə ətraflı məlumat verib. Görüşdə həmçinin Azərbaycan-Braziliya əlaqələrinin, parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi, ölkələrimiz arasında dostluq münasibətlərinin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.