Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, işlasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari müzakirə olunub.
BAXCP İdarə Heyəti ictimai-siyasi vəziyyətin müzakirəsi zamanı aprelin 24-də, saat 11:00-da Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad olunması zamanı həlak olan türk əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidəni ziyarət - Xilaskar Türk Əsgərlərinin Anım Gününü qeyd etmək barədə qərar qəbul edib.
BAXCP İdarə Heyyətinin iclasında qeyd olunub ki, əgər beynəlxalq birlik tarixə erməni yalanlarının deyil, ədalətin gözüylə baxarsa, o zaman 24 aprelin “erməni soyqırımı” günü yox, Anadoluda və Qafqazda yaşayan xalqların xilası günü olduğunu görə bilər.
BAXCP İdarə Heyəti bu il həm də Çanaqqala zəfərinin 100 illiyi olduğu üçün siyasi təşkilatları, ictimaiyyət nümayəndələrini bu tədbirə qatılmağa dəvət edib.
Partiyanın mətbuat xidmətindən bildirilib ki, 2007-ci ildən etibarən BAXCP hər il aprelin 24-nü Xilaskar Türk Əsgərlərinin Anım Günü kimi qeyd edir.
Nemət