31 Mart 2015 17:42
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika baş nazirinin müavini, xarici işlər naziri Didye Reynders aprelin 27-29-da Azərbaycana səfər edəcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə Belçika Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, nazir həmçinin Ermənistana səfər edəcək. Didye Reynders regiona səfəri çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək.

Xatırladaq ki, 2014-cü ilin noyabrın 13-dən Belçika Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Sədrliyi Azərbaycandan təhvil alan rəsmi Brüsselin sədrlik müddəti bu ilin mayın 19-da başa çatacaq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər