“Ermənistanın təxribatçı əməlləri heç bir nəticə verməyəcək”.
Teleqraf.com-un məlumatına görə, bu fikri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, erməni tərəfinin cəbhə xəttində törətdiyi təxribatlar uğursuzluğa düçar olur. Onun sözlərinə görə, ordumuz düşmənin bu hərəkətlərinə layiqli cavab verir.
“Cəbhədə uğursuzluqlarını görən Ermənistan hakimiyyəti ideoloji müstəvidə də təxribatlara cəhd edir. Onlar hər vəchlə Azərbaycan haqqında yalan məlumatlar yaymaqla ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Rusiya Dövlət Dumasının komitə sədrinin adından erməni KİV-lərinin yalan məlumatlar yayması da buna sübutdur. Bütün bu faktlar göstərir ki, artıq erməni hakimiyyəti özlərini tamamilə itiriblər. Onlar işğalçı siyasətlərini davam etdirmək üçün bütün yollara əl atırlar. Amma bəhanələri tükənmək üzrədir. Ona görə də, çıxış yolu yalnnız işğal siyasətinə son qoymaqdan ibarətdir”, – deyə B.Səfərov vurğulayıb.
Səxavət