3 Aprel 2015 13:33
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana qarşı Avropa İttifaqı və ABŞ tərəfindən tətbiq edilən sanksiyaların ləğv olunması azərbaycanlı iş adamlarının bu ölkədəki fəaliyyəti üçün yeni imkanlar yaradacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Starteji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov “Yeni imkanlar yaradan çağırışlar” mövzusunda keçirilən konfransda bildirib: "İran və “Altılıq” ölkələri arasında nüvə proqramı ilə bağlı ötən gün əldə olunan razılaşma barədə fikir bildirən SAM rəhbəri qeyd edib ki, sanksiyaların ləğvi qonşu ölkə üçün yeni imkanlar açacaq və azərbaycanlı iş adamları da bu imkanlardan yararlana biləcəklər".

Onun sözlərinə görə, Azərbaycanın iş adamları İranın nəqliyyat və ticarət sektoruna investisiya qoya bilərlər.

SAM direktoru qeyd edib ki, Avrasiyanın iri dövlətlərinin öz inkişafları baxımından yeni konsepsiyaya keçdiyi zamanda Azərbaycanın iqtisadi inkişafı üçün hansı yolu seçəcəyi əhəmiyyət daşıyır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, Azərbaycan və İran arasında 2015-ci ilin yanvar-fevral aylarında mal dövriyyəsi 19,7 milyon dollar olub ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 40,5 faiz aşağıdır.


Müəllif: