"Özünü “Milli Şura” adlanan bir qrup radikal müxalifət partiyasının birgə təşkil etdiyi növbəti aksiya yenə də uğursuz başlayıb, uğursuz da başa çatdı. Belə ki, bir neçə gün idi ki, böyük pafosla çıxışlar edib mitinqə adam yığmaqla məşğul olan radikal müxalifət liderləri “möhtəşəm bir mitinq olacaq” bəyanatları verməkdən geri qalmırdılar. Ancaq sonda aksiya təşkil olundu və ora heç 600 tərəfdar belə yığa bildilər”.
Bu fikirləri Teleqraf.com-a politoloq Ramiz Alıyev deyib. Onun sözlərinə görə, əslində bu aksiyada o qədər insanın iştrak edəcəyi öncədən məlum idi:
“Ona görə ki, Əli Kərimli və yanında olub özünü “siyasi lider” adlandıran, hər gün səfirliklərin “elçi daşının” üstündə oturub boynunu bükən qrant həvəskarları təşkil etdikləri aksiyada şər-böhtan dolu fikirlərdən başqa heç nə səsləndirmədilər. Onların bu cür şər-böhtan səsləndirmələrinə də təəccüblənmirəm. Ona görə ki, bu radikal müxalifətin səlahiyyəti və ixtiyarı öz əlində deyil. İdarə olunan avtomobilə bənzəyirlər. Əyləc, sürət və sükan başqasının ixtiyarında olur və hər zaman istədikləri kimi idarə edirlər. Ancaq milli müxalifət olsaydılar, cəmiyyətin və xalqın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsindən, erməni terrorizmindən danışmalı və bu münaqişənin həll yolu ilə bağlı özlərinin təklif planı haqqında aksiya iştirakçılarına məlumat verməli idilər. Hər zamankı kimi yenə də öz ampulalarından çıxışlar edib, aksiyada iştirak edən insanlara yalnış və həqiqtə uyğun olmayan məlumatlar verdilər. Onların pafosla səsləndirdikləri bir neçə böhtana diqqət etsək, aydın şəkildə görə bilərik ki, müxalifət olaraq cəmiyyətdə olan problemləri demək, hakimiyyətin etmədiklərin bildirmək, bir güzgü rolunu oynamaqla hakimiyyətin görə bilmədiklərini göstərmək əvəzinə erməni lobbisinin təşəbbüsü ilə onlara verilmiş milli maraqlarımıza zidd olan “tədbirlər planı”na uyğun hərəkət edirlər. Radikal müxalifətin və Əli Kərimlinin iş yerlərinin olmamasından şikayətlənməsinə cavab olaraq deyə bilərəm ki, təkcə son 10 il ərzində Azərbaycanda açılan yeni iş yerlərinin və həyata keçirilən infrastruktur layihələrinin sayı onun başının tükündən çoxdur”.
R.Alıyev bildirib ki, iştirakçılar əllərində tutduqları şüarların özü belə bəzi dairələrlə məsləhətləşib yazılıb: “O aksiyada iştirak edən insanların radikal müxalifətin onlardan öz mənafeləri üçün necə istifadə etdiklərindən xəbəri yoxdur. Həmin radikal müxalifət aksiyada iştirakçılarının şəkillərini çəkdirib erməni lobbisinə, səfirliklərə, bəzi beynlxalq təşkilatların nümayəndələrinə göstərməklə müəyyən qədər qrant alıb öz şəxsi istəkləri üçün xərcləyirlər. Bu aksiyanı da Əli Kərimli və radikal müxalifətin erməni lobbisi və bir neçə xarici ölkə səfirlikləri üçün növbəti uğursuz “imtahan” kimi başa düşmək olar”.
AZAD