“Azərbaycan inkişaf baxımından Ermənistandan müqayisəolunmaz dərəcədə öndədir”. Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.
R.Rzayev bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsi və qüdrətli orduya çevrilməsi işğalçı ölkəni ciddi narahat edir. Onun sözlərinə görə, erməni ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duruş gətirmək gücündə deyil.
“Azərbaycan öz torpaqlarını gec-tez işğaldan azad edəcək. Dövlətimiz problemin sülh yolu ilə həllinin tərəfdarıdır. Amma sülh danışıqları nəticə verməsə Azərbaycan torpaqlarını öz gücünə işğaldan azad edəcək. Bu baxımdan, Azərbaycan ordusunun həm gündüz, həm də gecə hərbi təlimlər keçirməsi əhəmiyyətlidir”, – deyə R.Rzayev qeyd edib.
Səxavət