7 Aprel 2015 13:07
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Amerikada olan Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu bu ölkənin nüfuzlu ictimai-siyasi dairələrində görüşlər keçirir.

Q.İbadoğlunun xaric olunduğu Müsavat Partiyasında onun ABŞ səfəri ironiya ilə qarşılanır. Qeyd olunur ki, yeni yaranan hərəkatın rəhbərinin təşkilati məsələləri bir kənara qoyaraq 5 ay müddətinə Amerikaya səfərinə üstünlük verməsi ADR-ə qarşı münasibətinin göstəricisidir. Bu arada mətbuatda yayılan məlumatlara inansaq, ABŞ Q.İbadoğlunun siyasi xadim kimi formalaşmasına çalışır.

Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli hesab edir ki, bəzi mətbu orqanlar hazırda Q.İbadoğlunun təbliğatı ilə məşğuldur: "Mətbuatda yazılanlardan belə çıxır ki, Q.İbadoğlu Amerikanın Azərbaycanda hakimiyyətə gətirmək istədiyi yeni fiqurdu. (Rəsul Quliyev, Əli Kərimli və Fərhad Əliyevdən sonra). Yazılanları əslində Qubad İbadoğluna "maya qoymaq" kimi də qiymətləndirmək olar. "Qubad İbadoğlu payızda Azərbaycanda yeni bir təlatüm yaradacaq fiqurdur" fikri sosial şəbəkədə heç bir maraq doğurmadı və deməli, bu cümlə hansısa fantaziyanın məhsuludur".

V.Hacıbəyliyə görə, Azərbaycanda Q.İbadoğluna qarşı heç bir təhlükə yoxdur: "Yazırlar ki, guya Qubad İbadoğlu Bakıya gələrsə həbs olunacaq. Mətbuatda yazılanlara inansaq, 14 milyon manat həcmində qrantın arxasına keçən "qrant mafiyasının atası"(ifadə mətbuatda gedib) barədə nəinki bir "tədbir" görülmədi, hətta onu Neft Fondundan veriləcək qrantların paylanılmasına rəhbərlik edəcək koalisiyanın rəhbərliyinə təyin etdilər. Bu faktı görməməzlikdən gəlib Qubad İbadoğlunun guya təqib olunduğu barədə fərziyyələr irəli sürmək üçün həqiqətən "fantazyor" olmaq lazımdır".

Ayxan


Müəllif:

Oxşar xəbərlər