17 Aprel 2014 11:40
2 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-a Ukraynada baş verən son hadisələri şərh edib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri, xüsusi xidmət orqanları, Milli Qvardiya qətiyyətini artıraraq ölkə sərhədlərinin qorunması üçün lazım olan hər şeyi edəcək: "Çünki böhrandan başqa çıxış yolu yoxdur. Ukraynada baş verənlər Rusiya xüsusi xidmət orqanlarının həyata keçirdiyi plandır. Ölkənin şərqindəki əhalini yalnız güc yolu ilə ram etmək olar. Ukrayna özünü qorumaq üçün gec və ya tez Rusiya ilə müharibə edəcək. Bu müharibənin hər hansı mərhələsində isə NATO qüvvələri də Rusiya əleyhinə olan prosesə qoşulacaq. Ya Rusiya Ukraynanın cənub-şərqinə etdiyi müdaxilələri dayandırmalıdır, ya da o üzünmüddətli ağır müharibəyə hazırlaşmalıdır. Bu müharibənin istənilən nəticəsi isə Rusiyanın xeyrinə olmayacaq”.


Ukraynada prezident seçkilərinin necə keçəcəyi barədə suala cavab verən politoloq Q.Hüseynli bildirib ki, Rusiya Ukraynada prezident seçkilərinin baş tutmasına mane olmaq və ölkənin federallaşmasına nail olmaq planından əl cəkməyəcək: “Qərb dövlətləri Rusiyanı dayandıracaq və onun cəzasını verəcəklər”.

Politoloq Ukraynada prezident seçkilərinin baş tutacağını proqnozlaşdırır: “Ölkənin şərq rayonlarında seçkilər baykot edilsə də, Ukraynanın digər ərazilərində seçki baş tutacaq".

Eldar


Müəllif:

Oxşar xəbərlər