9 Aprel 2015 17:52
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkəmiz ATƏT və onun institutları ilə əməkdaşlığa böyük önəm verir. Azərbaycan bu quruma üzv olduğu ilk illərdən indiyədək mövcud prinsiplərə və öhdəliklərə sadiq qalıb”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, ötən yay ATƏT PA-nın iyirmi üçüncü illik sessiyasının Bakıda keçirilməsi Azərbaycanın bu qurum üçün nə qədər dəyərli ölkə olduğunu ortaya qoydu. Onun sözlərinə görə, həmin sessiyada alınan qərarlar və gəlinən nəticələr də əməkdaşlığın genişləndirilməsini tələb edir.

“Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Ölkəmiz seçki prosesində demokratik dəyərlərə söykənir. Azərbaycanın qanunvericiliyi və təcrübəsi göstərir ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçiriləcək. Eyni zamanda, bu seçkilərlə bağlı beynəlxalq müşahidəçilərin, o cümlədən ATƏT-in müvafiq strukturlarının müşahidə aparacaqlarına və obyektiv mövqe ortaya qoyacaqlarına inanırıq”, – deyə vitse-spiker vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər