"Gündəlik Teleqraf" qəzetinin şef-redaktoru Taleh Şahsuvarlı özünün Facebook səhifəsində maraqlı paylaşım edib. Həmin yazını təqdim edirik:
"Azərbaycan cəmiyyəti, bizim bu qaragüruh və görməmiş kütlə uğuru, uğurlu insanı və içindən gülən adamları sevmir. Biz türklərin Osmanlı kimi bir imperiyası əsrlərlə qardaş qatil olub, çünki qardaş belə qardaşının uğurunu həzm etməyib. Bu gün ermənilərlə bağlı bəzi məlumatlar oxudum. Ermənilər ABŞ-da prezidentlərin ən yaxınına isim çıxaranda, Fransaya dövlət xadimləri yetişdirəndə, Qorbaçova 3-4 köməkçi formalaşdıranda biz Azərbaycanlılar siyasətdən qorxurduq. Sadəcə, qorxmurduq, Heydər Əliyevin timsalında SSRİ kimi dünya tarixinin ən nəhəng dövlətlərindən olan bir fenomenal quruluşun zirvəsinə yüksəlmiş adamı baltalayardıq. Heydər Əliyevin bu möhtəşəm uğurunu anlayan və simpatiya ilə qarşılayan Əbülfəz Elçibəyi onun portretini evindən asdığına görə "yerliçidir" deyə aşağılayanlar oldu. Baxın, mənim də sevdiyim və ölümünə rəğbət bəslədiyim ADR bu xalqa olan bütün sevgisinə, bütün xidmət əzminə rəğmən tarixi, siyasəti və diplomatiyanı düzgün oxuya və adekvat addımlar ata bilmədi. Nərimanov da, Bağırov da, Qurbanov da eləcə. Azərbaycan adlı coğrafiyanın tarixini, diplomatiyasını və siyasət fəlsəfəsini 3 min illik bir dönəmdə DÖVLƏT TƏŞKİLATIna ən yaxşı çevirə bilən adam Heydər Əliyevdir. Çünki Heydər Əliyevin masştabı Azərbaycan cəmiyyətinin miqyasından çox-çox ötələrə gedir və biz siyasət nədir bilmədiyimiz üçün hər birimizin ailəsində, içində ona olan irrasional sevgiyə rəğmən, çoxlarımız və ya bəzilərimiz ona qarşı ədalətsiz mövqe tuturduq. "Çoxlarımız və ya bəzilərimiz", təvazökarlıqdan uzaq olsa da, mənim buraxa biləcəyimiz bir üslub xətası deyil, bəs nədir? Baxın, Heydər Əliyevi hakimiyyətə dəvət edənlərə, onun ətrafında zaman-zaman yer alanlara... Baxın... bu gün müxalifətdə olanları sadalamaq artıqdır, Rəsul Quliyevə, Lalə Şövkətə, Surət Huseynova, mərhum Rövşən Cavadova, Əli İnsanova və daha neçə-neçə Azərbaycan dövlətinin bağına xəncər sancanlara... Bu canavarlar süfrəsindən Azərbaycanı ancaq Heydər Əliyev xilas edə bilərdi... Çünki miqyası Azərbaycan adlı bu "protokol dövləti"ndən böyükdü. Bəli, 1918 ci ildə də, 1991-ci ildə də biz "protokol dövləti" idik. Şah İsmayılımızın qurduğu azman dövlətimiz zaman-zaman fars bürokratiyasının təsirinə düşmüş, Şah İsmayılımizin böyük Azərbaycan xəyalı, Böyük Türk Ulusu xəyalı bir Osmanlı paşası olan Andronik Ozanyanın hikkəsinə, manyaklığına davam gətirməyəcək şəkildə hüsrana uğramışdı. Amma bu millət, bu uca millət Zəngəzurun timsalında yarımköçəri obalardan, yurdlardan öncə Sultan bəy kimi lokal qəhrəmanları, daha sonrakı mərhələdə Heydər Əliyev kimi bir siyasət dühasını meydana çıxaracaq, adəta, "Tanrı çağırır" deyə coğrafiyamıza xaçlıları çağırmış Vatikanın təqlidçilərinə "Tanrı yüksəldir" deyə ilahi bir müqavimət fəlsəfəsi ortaya qoyacaqdılar. Bəli, əzizlərim, bir xalqın, cəmiyyətin, dövlətin yüksəlişi üçün o xalqdan, o cəmiyyətdən, o dövlətdən irəlidə düşünmək lazımdır. Mən hüquqşünas və iqtisadçı deyiləm, ixtisasım diplomuma görə fəlsəfədir, amma bir sosioloq kimi deyirəm: İLHAM ƏLİYEV AZƏRBAYCANI QABAQLAMIŞ ADAMDIR VƏ LİDERLİK DƏ ELƏ BUDUR- TOPLUMU ÖZ ARXASINCA APARMAQ! Az öncə evdəki ən böyük dinləyicimə də söylədim, bir dövləti zəfərə aparmaq üçün, qələbəyə çatdırmaq üçün insanda üç keyfiyyət lazımdır: 1) Kübar olmalısan 2) Xidmətçi olmalısan 3) Ata yurd çağırdığı zaman kübarlığını, xidmətçiliyini bir kənara qoyub amansız döyüşçü olmalısan! Bütün tarix bilinci, bütün siyasət anlayışı, bütün şəxsi keyfiyyətləri ilə o adam İlham Əliyevdir. İlham Əliyev o adamdır ki, qabaqlar da yazmışdım, oddan kül törəmədi, ot kökü üstdə bitdi! İlham Əliyev elə bu üzdən də bu gün bütün erməni mətbuatının kininə hədəf oldu. Onun "Zəngəzur, Göyçə, İrəvan Azərbaycanın tarixi torpaqlarıdır" deməsi, Qarabağın Dağlıq bölgələrində qutsal bayrağımızın dalğalanacağına əminlik etməsi İrəvanda təşviş yaradıb. Mən rus və ingilis dillərində erməni on-line mediasını izləyən adam olaraq deyirəm. Onlar bizim sənətkarlardan yaxşı sənətkar olduğu kimi, İlham Əliyevi də bizdən daha çox tanıyırlar. Çünki rəqib dövlətin, düşmən ölkənin liderini tanımaq da bir sənətdir və sənətkar ermənilər bizim İlham Əliyevin nümumən dərk etmədiyimiz liderlik keyfiyyətlərini hiss etdikləri üçün belə təşvişə düşürlər. Qarabağa, Zəngəzura, Göyçəyə, bir Azərbaycan xanlğının paytaxtı olmuş İrəvana gəlincə, bir gün tez, bir gün gec... Ölkəmizdə "Azadlıq" radiosu və qəzeti ətrafında cılız düşüncəli, azsaylı bir marginal buqələmunlar "LAZIM" axtarışına çıxıb. Biləsiniz, LAZIM Qarabağın çağırışı deyil, İşıqlıda, Salvartıda Azərbaycan bayrağının dalğalacağı günü yetişdirəcək situasiyanın adıdır. O situasiya isə bizdən, bizim hər birimizdən tələb edir ki, bu xalqa və dövlətə birinci xidmətçi olan İlham Əliyevdən nümunə götürək və hərəmiz öz sahəmizdə, öz peşəkarlıq müstəvisində AZƏRBAYCANa xidmət edək. Bu il "Forbes"in zənginlər siyahısında yer alan ermənilərin varidatı Ermənistanın dövlət büdcəsi ilə birlikdə Azərbaycanın dövlət büdcəsindən çox deyil. Amma bu il sadəcə həmin jurnalda yer alan azərbaycanlıların varidatı Ermənistanın büdcəsindən bir neçə dəfə böyükdür. "Oliqarx" deyib kimlərisə ictimai rəyin hədəfinə gətirməyin, ay alçaqlar, o adamlar bütün bunlarını sabah savaşa qoyacaqlar. Böyük düşünün, böyük amallar və adamlar uğruna yaşayın ki, özünüzü də böyük olasınız. Atatürk demiş, möhtac olduğun qüdrət damarlarında axan qandadır! Damarlarımızda axan qansa nə Suriyada axıdılacaq qandır, nə də Çaldıran döyüşündə. Bu qan bizə ilk növbədə beynimizi bəsləmək və ilk növbədə ermənilər kimi torpaqlarımızda gözü olan bir milləti geo-professional (belə termin varmı, yoxmu bilmirəm) sferada əzmək üçün lazımdır.
Mənim bu yanaşmamı, bu çağırışımı kim necə yozacaq bilmirəm. Amma bu mənim özümə və öz övladlarıma çağırışdır. Min ("mən" yox, "min" ) nə neçə ildir ki İmam Hüseynə ağlayan bir ənənədən gələn Əli şiəsinin nəvəsiyəm mən. Gərəkirsə, o qədər də Qara Damımızı xatırlayar və o iddia ilə yaşayarıq. Amma o Qara Damın yerində inşa edilmiş bir alaçıqda, ən azı azı bir alaçıqda bir gün də olsa yaşamasalar, yatmasalar, demək ki, mən ZƏNGƏZUR RUHuna, AZƏRBAYCAN RUHUna, ULU YURD RUHUna qatışmamış adam olacam, oğlum! Bütün ataların öz övladlarından umduğu bir şey var: onun ruhunu rahatlatmaq! Mən Azərbaycanda bütün qutsal ruhların rahat yatacağı günə inanıram. Bu inanc qarşısında hər kəs öz səfini seçsin: Şah İsmayılın və İlham Əliyevin Azərbaycanı olmaqdan şərəf duyanlarla Kim Qardaşyanın Ermənistanı və Kim kimi olan "məişətsevər"lərin Azərbaycandakı "qardaş"ları bir yana olsun... Firdovsi belə olsalar, Əmir Teymur onların qəbrinə səslənəcək: Qalx və gör!!!"