13 Aprel 2015 14:20
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Ukrayna Ali Radasında qəbul olunmuş “Ukraynada kommunist və millətçi-sosialist totalitar rejimlərinin və onların rəmzlərinin təbliğinin qadağan olunması haqqında” qanunu pisləyən bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, qadağalar sırasına kommunist partiyasının adı, həm də oraq, çəkic, beşgüşəli ulduz, sovet əsgərləri tərəfindən reyxstaq üzərinə sancılan Qələbə Bayrağı da var.

"Belə bir antidemokratik qanun layihəsi, 1948-ci ildə qəbul olunmuş İnsan Hüquqları haqqında Ümumi Bəyannamə ilə təmin olunan insan və vətəndaş hüquq və azadlıqları kobud şəkildə pozur və Sovet tarixini saxtalaşdırır. Hazırda Ukrayna cəmiyyəti özünün çox çətin dövrünü yaşayır. Dövlətçiliyin hüquqi əsasları sarsılıb, iqtisadi inkişafın səviyyəsinin və xalqın rifahının aşağı enməsi müşahidə olunur. Hər gün insan təlafatı baş verir, gənclər səpələnmiş vəziyyətdədir, vətəndaşlar öz doğma ölkələrində özlərini təhlükəsiz hiss etmirlər. Hakimiyyətdə olan oliqarxlar mövcud problemləri həll etmək əvəzinə, Sovet xalqının Böyük Vətən Müharibəsində qanmış olduğu tarixi qələbənin 70 - ci ildönümü ərəfəsində kommunist ideologiyasına və sovet simvolikalarına qadağa qoyması Ukrayna hakimiyyətinin bir daha öz antihumanist və repressiv təbitəini ortaya qoymuş olur.

Ölkədə xalq ilə qeyri-bərabər müharibə gedir, sovet dövrünə aid heykəllərin dağıdılması ilə isə vandalizm aktları törədilir. Ukraina Ali radasında qəbul olunmuş bu qanun yeni repressiyalara yol açır, vətənin müdafiəsi və dünyanın faşizim vəbasından xilas olunması yolunda qazanılmış qələbələrə görə alınan orden və medalları insanların daşıması qeyri-qanuni hesab edilir.

Qəbul olunmuş qanun, onsuz da gərgin olan vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxaracaq. Kommunist ideologiyasının qadağan olunması, zəhmətkeşlərin və ziyalıların hüquqlarının qorunması, sosializm cəmiyyətinin qurulması uğrunda mübarizə aparan Ukrayna Kommunist Partiyasının da fəaliyyətini qanundan kənarda qoyur.

Biz, Azərbaycan kommunistləri , bu cür qanunun qəbul olunmasını antidomokratik, insan hüquq və azadlıqlaqlarına hörmətsizlik , bu günkü dünyamız uğrunda canlarından keçmiş insanların xatirəsinə təhqir kimi qəbul edirik. Faşist işğalçılarına qarşı mübarizədə ən böyük töhfəni məhz Kommunist Partiyasının rəhbərliyi ilə Sovet İttifaqı vermişdir. İndi isə kommunist ideologiyası ilə faşizmi eyniləşdirmək sadəcə sərsəmlik və absurddur".

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Ukrainada hakimiyyətdə olan xuntanın SSRİ ilə Hitler Almaniyasını eyniləşdirərək ikinci Dünya Müharibəsinin nəticələrini təftiş etmək cəhdlərini əsassız və yanlış hesab edir və bu hadisələrdən dərin narahatçılıq hissi keçirərək Beynəlxalq ictimaiyyəti və sağlamdüşüncəli insanları bu cür xoşa gəlməz hallara qarşı birgə həmrəylik nümayiş etdirməyə çağırır.

Ayxan


Müəllif:

Oxşar xəbərlər