13 Aprel 2015 16:03
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Avropa Şurası ilə səmərəli əməkdaşlıq edir”.

Teleqraf.com-un məlumatına görə, bu fikri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Azərbaycanda müxtəlif islahatlar davam etdirilir. Onun sözlərinə görə, ölkənin inkişafı və buradakı sabitlik Azərbaycanın nə qədər düzgün yolda olduğunu göstərir.

“Ölkəmiz Avropa Şurasının qaldırdığı bütün məsələlərə həssaslıqla yanaşır. Amma Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal olunması bir sıra problemlərin həllində çətinlik yaradır. Bu münaqişə nizamlanmayanadək insan haqlarının müdafiəsi, terrorizmə, separatizmə qarşı mübarizə istiqamətində aparılan iş səmərə verməyəcək”, – deyə S.Seyidov vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər