13 Aprel 2015 23:52
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ötən əsrdə bəşər ailəsi üç böyük və müqayisəolunmaz faciə yaşayıb. Bu faciələrdən birincisi, XX əsrin ilk soyqırımı hesab olunan faciədir ki, siz erməni xalqının başına gəlib."

Roma papası 1-ci Farncsisin bu fikirləri Türkiyə ilə bərabər Azərbaycanda da böyük narazılıq doğurub.

AMİP Siyasi Şura üzvü Əli Orucov hesab edir ki, Papa ədalətsizlik və qeyri-obyektivlyə yol verib: “Dünya katoliklərinin rəhbərinin belə mövqeyi təhlükəli və xoşagəlməzdir. Daşıdığı vəzifəsindən asılı olmayaraq din nümayəndələri mədəniyyətlər arası əməkdaşlığın və dialoqun möhkəmləndirilməsinə çalışmalıdırlar. Səmavi dinlərin hamısında həqiqət, doğruluq, ədalət və bu kimi anlayışlar öndə durur. Belə olan halda yalanın, iftiranın və böhtanın həqiqət kimi qəbul edilməsinə cəhd Roma papasının sitayiş etdiyi dinə və müqəddəs kitablarına da uyğun gəlmir.

Din həm də mənəviyyat olduğu üçün həmişə siyasətin fövqündə durmalı insanlığa, bəşəriyyətə, ali dəyərlərin intişar tapmasına xidmət etməlidir. Roma papası əgər iddia edirsə ki, Vatikanda "erməni soyqırımını" təsdiq edən sənədlər var, o zaman buyursunlar həmin sənədləri tarixçilərin və aidiyyəti sahələr üzrə mütəxəssislərin ixtiyarına verisnlər. Bəşər tarixin saxtalaşdırılmasına cədlərin davam etdirilməsinın, dinlərarasında təfriqəyə və düşmənçiliyın daha da alovlanmasına gətirib çıxaracaq təbliğatın aparılmasının, birtərəfli yanaşmalar, və dini ayrı-seçkiliyilərin nəticəsidir ki, palanetimizdə qaynar nöqtələrin, münaqişəli və müharibə gedən zonaların miqyası günü-gündən genişlənir. Bu fəlakətlərin və facilərin günahını daşımaq papa üçün də çox ağır yük olaradı.

Görünür, islam dünyasının tarixən qılıncı və qalxanı rolu oynayan, dünyanın idrə edilməsində getdikcə əsas söz sahibinə çevrilməkdə olan Türk dünyasına basqılarını davam etdirməklə xristian aləmi dünya ağalığı yolunda bütün maeələri təmizləmək istəyir.


Müəllif:

Oxşar xəbərlər