13 Aprel 2015 20:17
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi fəallarının Qusar rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində rayon gəncləri ilə görüş keçirilib.

Birlikdən Teleqraf.com-a bildiriblər ki, tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, YAP Qusar rayon təşkilatının sədri, partiyanın Siyasi Şuranın üzvü David İbramxəlilov iştirak ediblər.

Tədbiri YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açaraq, ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğı barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərlə iş xüsusi yer tutur. YAP Gənclər Birliyinin ölkəmizdə ən böyük gənclər təşkilatı olduğunu deyən Birliyin sədri partiyanın sıralarında yüksək intellektli gənclərin birləşdiyini diqqətə çatdırıb.

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov Azərbaycanda dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs ediblər.

Görüşdə region gəncləri ilə YAP Gənclər Birliyinin fəal üzvləri arasında maraqlı diskussiya aparılıb, səmərəli təkliflər səsləndirilib.

Sonra rayonun fəal gəncləri ilə birgə YAP Gənclər Birliyi və “Level Up” tədris və inkişaf mərkəzinin birgə təşkil etdiyi “Fərdi inkişaf” mövzusunda təlim keçirilib.

Görüş çərçivəsində Qusar Olimpiya İdman Kompleksində paytaxt və region gəncləri arasında futbol üzrə yoldaşlıq oyunu təşkil edilib.


Müəllif:

Oxşar xəbərlər