14 Aprel 2015 12:27
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin növbəti iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, millət vəkilləri 6 məsələni müzakirə edəcəklər. Gündəlik təsdiq edildikdən sonra cari məsələlərin müzakirəsinə başlanılıb.

Deputat, YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, bir neçə məsələ ictimaiyyəti narahat edir: “Son zamanlar Avropa Yay Olimpiya Oyunlarının yaxınlaşması ilə bağlı bəzi daxili və xarici təşkilatlar müxtəlif böhtanlatr atır,Azərbaycana qarşı şantaj siyasəti aparılır. Bu yaxınlarda korrupsiya ilə bağlı fikirlər səsləndirilib. Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə dövlət komitəsi var və burada ictimaiyyət nümayəndələri də təmsil olunur. Eləcə də prokurorluq yanında korrupsiyaya qarşı idarə var. İstənilən müraciətə də dərhal reaksiya verirlər. Azərbaycan az-az ölkələrdəndir ki, prezidentin yanında korrupsiyaya qarşı Dövlət Komissiyası fəaliyyət göstərir. Ancaq bəzi qurumlar Azərbaycanın adını hallandırmağa üstünlük verirlər. Bir sıra siyasi partiyalar və QHT-lər var ki, sifariş əsasında ayrı-ayrı müraciətlər qəbul edirlər, bəyan edirlər ki, bu tədbirdə iştirak etməyin. Bütün bunlar eyni mərkəzdən, erməni lobbisi tərəfindən idarə olunur. Həmçinin aldıqları xarici maliyyə ilə mitinqlərə çağırış edirlər və s. Məncə, biz Milli Məclisdə bunu müzakirə edib qiymət verməliyik".

Spiker Oqtay Əsədov isə deyib ki, onsuz da ictimaiyyət buna qiymət verib: “Bunu müzakirə etməyə ehtiyac varmı? Bunlar ermənilərdən də pisdir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər