Milli Məclisdə çıxış edən xalq artisti, millət vəkili Zeynəb Xanlarova Roma katolik kilisəsinin rəhbərini sərt tənqid edib, onun saxta genosidlə bağlı fikirlərinə etiraz edib:
Teleqraf.com-un xəbərinə görə, millət vəkili deyib: “Burada müzakirələr zamanı çox papa, papa deyirlər. Qırxı çıxan papa haqqında danışmağa dəyməz. Onun ətrafı bizə qarşı düşmənlərdən ibarətdir. Başı yerində olsa onlara qulaq asmaz, öz başı ilə işləyir. Mən bir ay Amerikada oldum, sadə insanlarla görüşüm oldu. Nyu-York şəhərinin meri ilə də görüşdüm. Azərbaycan haqqında elə danışırdı ki, az qala azərbaycanlımız belə danışmaz. Deyirdi ki, tez-tez Azərbaycana gəlirəm. Orada yəhudi nümayəndələri ilə də görüşdüm. Dedi ki, burada yaşayan yəhudilərin sözlərini Azərbaycan prezidentinə çatdırın: Bizim Azərbaycana sevgimiz böyükdür. Sinoqoqda Azərbaycan bayrağını asmışıq. Nə lazımdırdırsa, biz əlimizdən gələni edəcəyik. Mən də təşəkkür etdim. Bəzi adamlar var ki, Azərbaycandakı gözəllikləri, inkişafı görmürlər. Bu kor olmaqdır. Mən gördüyüm və qulağımla eşitdiyim sözləri sizə çatdırıram”.
Nemət