14 Aprel 2015 13:09
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis yanında Toponomiya komissiyasının tərkibində dəyişiklik edilməsi haqqında parlamentin qərarı olub.

Teleqraf.com xəbər verir ki, Budaq Budaqov və Həsən Mirzəyevin vəfatı ilə əlaqədar olaraq Toponomiya komissiyasının tərkibinə dəyişiklik edilib. Eləcə də Əhəd Abıyev, Əli Qasımov və Fəridə Məmmədova Toponomiya komissiyasının üzvlüyündən azad edilib.

Milli Məclisin qərarına əsasən Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov və Ramiz Məmmədov Milli Məclis yanında Toponomiya komissiyasına üzv təyin edilib.

Nemət


Müəllif: