20 May 2014 14:43
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupunun Həmsədrləri bəyanat verib.


ANS PRESS-in məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Mayın 16-19-də regiona səfər edib. Həmsədrlərə ATƏT-in Minsk qrupunun Fransa tərəfindən yeni təyin edilmişvə iyun ayından fəaliyyətə başlayacaq həmsədri Pyer Andryu da qoşulub.


Bəyanatda qeyd edilir ki, səfərin əsas məqsədi Dağlıq Qarabağ, Kəlbəcər və Laçındakı vəziyyətlə tanış olmaqdır. Həmsədrlər səfər zamanı infrastrukturun yaxşılaşması əlamətlərini müşahidə ediblər, amma əhalinin sayının son illər dəyişməsi ilə bağlı hər hansı əlamətlər müşahidə edilməyib.


Sərsəng su anbarı ziyarət edən həmsədrlər obyektin rəhbərliyi ilə öz statusu və fəaliyyəti müzakirə olunub. Onlar tərəflər arasında bu su ehtiyatlarının idarə olunması üçün razılaşma əldə olunacağına ümidvar olduqlarını bildiriblər.

Həmsədrlər mayın 19-da Tərtər yaxınlığında təmas xəttini keçiblər. Onlar davam etməkdə olan atəşkəs pozuntuları və sonrakı insan tələfatının təəssüf doğurduğunu ifadə ediblər.


Səfər zamanı Həmsədrlər Dağlıq Qarabağ və Kəlbəcərdə İrəvan və Bakıda yüksək vəzifəli rəsmi şəxslər, qondarma Dağlıq Qarabağ rejiminin və yerli idarəetmə orqanlarının nümayəndələri ilə görüşüblər və Laçını ziyarət ediblər. Onlar həmçinin Bakıda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndələri ilə görüşüblər. Həmsədrlərin iclaslarında sülh prosesinin elementləri də müzakirə edilib.


Qeyd edilib ki, 2009-cu ildən 2013-cü ilədək həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında qeyd olunan bu elementlər münaqişənin davamlı həlli üçün əsas olaraq qalır.


Müəllif: