16 Aprel 2015 11:19
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa Parlamentinin "erməni soyqırımı"ilə bağlı qərarı elmi, tarixi baxımdan yanlış,siyasi baxımdan çox zərərlidir".

Teleqraf.com xəbər verir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərkən qeyd edib.

A.Hacılı bildirib ki, bu qərar Avropa Birliyinin nüfuzuna sarsıdıcı zərbədir: "Ermənistanın bu ğünki işğalçılıq siyasətinə dolayısı ilə haqq qazandırmaqla yanaşı,Qarabağ probleminin diplomatık üsullarla həlli yolunda daha bir maneə yaradır. İndiki həssas məqamda konfessiyalararası etimadı azaldır. Avropa Parlamentinin bu qərarı həm də təhlükəsiz dünya, dinc-yanaşı yaşama, tolerantlıq kimi zəruri dəyərlərin inkişafına zərbədir".

Nemət


Müəllif: