16 Aprel 2015 17:37
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda dünyada çox mürəkkəb proseslər baş verir. Bu proseslər heç bir məntiqə sığmır. Təəssüf ki, bu gün beynəlxalq hüquq normaları işləmir, güclü dövlətlər öz məqsədlərini həyata keçirmək istəyirlər”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin komitə sədri Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, bu proses fonunda dünya ölkələrində iqtisadi çətinliklər də baş verməkdədir. Onun sözlərinə görə, belə bir şəraitdə Azərbaycan inkişaf edir.

“Dünyanın inkişaf etmiş ölkələrində iqtisadi artım göstəricisi 1,4 faiz civarındadır. Amma Azərbaycanda bu göstərici daha yüksəkdir. Təkcə bu ilin birinci rübünün nəticəsinə görə, ölkəmizdə ÜDM 5 faiz, qeyri-neft sektoru isə 7 faiz artıb. Təbii ki, bu göstəricilərə çox dərin düşünülmüş siyasət nəticəsində nail olunub. Bir sözlə, uğurlarımız davamlıdır. Azərbaycan regionun iqtisadi mərkəzidir, – deyə Ş.Hacıyev vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər