16 Aprel 2015 20:56
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

YAP icra katibinin müavini, Milli Məclisin Azərbaycan-Çin Parlamentlərarası dostluq qrupunun rəhbəri Siyavuş Novruzovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin naziri Çjou Li ilə görüşü olub.

Teleqraf.com-un məlumatına görə, görüşdə Azərbaycanla Çin Xalq Respublikası arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu qeyd edilib. Çjou Li Azərbaycan prezidenti İlham Əliyevin ötən il bu ölkəyə yüksək səviyyəli səfərini xatırlayıb və bu səfərin iki dövlət arasında əlaqələrin inkişafında yeni mərhələ olduğunu nəzərə çatdırıb. Çjou Li ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə rəsmi Bakının haqlı mövqeyini hər zaman dəstəklədiyini, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin tərəfdarı olduğunu qeyd edib.

Görüşdə həmçinin, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında mövcud əlaqələrin səviyyəsi, partiyalararası münasibətlərin inkişafında bu kimi qarşılıqlı səfərlərin və birgə lahiyələrin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Azərbaycan-Çin Parlamentlərarası dostluq qrupunun üzvlərindən Eldar İbrahimov, Hadi Rəcəbli, Hüseynbala Mirələmov, Əliağa Hüseynov, Xanlar Fətiyev və Cavanşir Paşazadə iştirak ediblər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər