1915-ci ildə Birinci Dünya Savaşı gedirdi. Savaş 1914-cü ildə başlamışdı, 1918-ci ildə bitəcəkdi.
Savaşın mərkəzi Avropa idi.
Hətta ABŞ savaşa bir qədər gec qoşulduğundan, "Avropa Müharibəsi" adlanırdı başlanğıcda.
Sadəcə, 1915-ci ildə bu savaşda "Osmanlı cəbhəsi" xaricində milyonlara insan ölmüşdü. Ertəsi il bu rəqəm təkcə "Qərb cəbhəsi"ndə 1.263.000 ölümü əhatə edirdi. Osmanlı dövləti bu savaşa 1914-cü ildə qatılmış, "İttifaq dövlətləri" ilə eyni səngərə girmişdi. Zira, həmin savaşda Osmanlıya qarşı tam 8 cəbhə açılmış, üstəlik, Osmanlının daxilindəki bütün etnik ünsürlərə daxildə üsyan qaldırmaları üçün dəstək verilirdi. 1915-ci ildə ermənilərə qarşı Osmanlı dövlətinin atdığı addımların səbəbi də bu idi.
Həmin dövrdə nə beynəlxalq hüquq formalışmışdı, nə də uluslararası qurumlar vardı. Hətta savaşın əsas tərəfləri arasında yeganə respublika Fransa idi, qalanları Alman İmperatorluğu, Avstrya-Macarıstan İmperatorluğu, Osmanlı İmperatorluğu, Rus İmperatorluğu, Birleşmiş Krallıq, İtaliya Krallığı idi.
Savaş nəticəsində bu imperiyalardan bir çoxu dağıldı, yeni dünya düzəni formalaşdı. İndi daha yeni dünya düzəni formalaşır və belə bir ərəfədə Türkiyənin yaxasından yapışıblar ki, ermənilərə qarşı soyqırım törətmisiniz, qəbul edin.
Birincisi, bu soyqırım deyildi, daxildə çıxmış üsyanın basdırılmasıydı. Əllərini yanına sallayıb, “beş yüz ildən çox yaşı olan dövlətimi yıxın”mı deməli idilər ermənilərə?
İkincisi, tutalım qəbul etdik ki, “soyqırım” idi. Buna görə Türkiyə Respublikası niyə cavab verməlidir? Birinci Dünya Savaşının sonucu olaraq, Osmanlını kağız üzərində bir dövlət halına gətirmişdilər, niyə hesab sormurdular?
Atatürk imperiyanın yerində bir respublika qurub, xilafəti qaldırıb, padşahdan tutmuş xadiməyə qədər saraydakı hər kəsi ölkədən qovub.
Onun qurduğu dövlət niyə məsuliyyət daşımalıdır?
Nədir bu köhnə palan içi tökməkdə məqsəd?
Baxın, bu gün erməni "soyqırımı" deyə ən çox bağıran dövlətlər bir zamanlar eyni blokda təmsil olunanlardır. Demək ki, "Antanta" zehniyyəti hələ də dünya siyasətində mövcuddur.
Hətta Rusiyaya qarşı Qərbin sanksiyalar tətbiq etdiyi bir dönəmdə belə eyni düşüncə tərzindən doğan maraqlar uzlaşması türk kimliyinə qarşı ortaq mövqe formalaşdırır.
Nədir bu mövqenin altındakı maraqlar?
Dini baxımdan məsələ ondadır ki, xristian dünyası İstanbulu geri qaytarmaq iddiasından hələ də əl çəkməyib. Siyasi və iqtisadi baxımdan yaxın şərqin yenidən bölüşdürülməsi prosesi gedir və bu prosesdə Türkiyəni əzmək istəyirlər.
Ancaq hədəf sadəcə Türkiyə deyil, həm də Azərbaycandır.
Azərbaycanın Qafqazda söz sahibi olması, hansısa mərhələdə İrandakı soydaşlarımızın da müstəqilliyə qovuşmasından sonra vahid bir ulusa çevrilməsi, Türkiyə və Türkmənistandakı əhalinin də oğuz qrupundan olmasından dolayı inteqrasiyanın konfederasiyaya çevrilmək məqamına qədər yüksəlmək ehtimalı fərqli bir mənzərə yarada bilər. Bu ehtimal bütün Qərbin qanına və canına hopmuş Atilla qorxusu oyadır. Odur ki, dünyanın "ən qədim xalqı" deyə öydükləri, reallıqda isə yarısından çoxunun soyadı türk-islam mənşəli adlar olduğu ermənilərdən yenə eyni məqsəd üçün istifadə edirlər.
Hazırda "erməni soyqırımı" adı altında Türkiyəyə edilən basqıların yaxın məqsədi Ankaranı Ermənistanı blokadadan çıxarmağa məcbur etməkdir. Sırf iqtisadi baxımdan yanaşsaq görəcəyik ki, Türkiyənin sınırlarını açması Ermənistan üçün cox ciddi risklər də yaradır. Yəni, Türk sərmayəsinin Ermənistana ayaq açması qısa zamanda bu yoxsul ölkənin iqtisadiyyatının türklər tərəfindən ələ keçirilməsinə də yol aça bilər.
Demək ki, bu riski gözə alan qərb dünyasının başqa bir amacı da var. Bu amacı isə elə "soyqırım" sözünün içində axtarmaq lazım.
Məlum olduğu kimi, Ermənistanda demoqrafik vəziyyət acınacaqlıdır və bu millət qarşıdakı zaman dilimlərində yox olmaq təhlükəsi ilə üz-üzədir. O da məlumdur ki, türk kişilərinin erməni qadınlarına, erməni qadınlarının da türk kişilərinə təkzibolunmaz marağı var. İstisna deyil ki, elə həmən məqsədlərdən biri türk kişilərinin hesabına erməniləri demoqrafik böhrandan çıxarmaqdır.
Zira, söhbət həm də Dağlıq Qarabağdan gedir. Dağlıq Qarabağla bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri sanki bir növ "Antanta"dır. Sadəcə, Böyük Britaniya bu qrupda ABŞ-la əvəzlənib. Həmsədrlərin yarıtmaz və yaramaz fəaliyyəti, faktiki olaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışmaları da hər birimizə məlumdur.
Bəs nədir onların marağı ki, Dağlıq Qarabağ de-yure Ermənistana birləşsin? Belə bir “birləşmə”dən sonra təxmin etmək çətin deyil ki, Ermənistan Naxçıvana və digər bölgələrimizə, o cümlədən Türkiyə ərazilərinə yeni torpaq iddiaları ilə çıxış edəcək. Son nəticədə isə Ermənistan bölgənin “lider dövləti”nə çevriləcək və bizlərə də “Orta Asiyada torpaqların çox olduğu” xatırladılacaq.
Daha önəmlisi Dağlıq Qarabağın şirin su ehtiyyatıdır. Qarşıdakı on illikdə dünyada şirin su savaşı neft savaşından daha amansız gedəcək.
Ancaq bu "strateq"lərin nəzərə almadığı bir kod var və Anadolu və Azərbaycan türklərinin bu kodu Ərdəbildə Şeyx Səfi türbəsində saxlıdır.
Bu kod türkün dövlət quruculuğu kodu və bütün qarşı planları alt-üst etmək səriştəsidir.
"Gerçəklərin tamamı abdallara söylənir" deyimindən yola çıxaraq bu barədə daha geniş yazmaq istəmirəm.
Sadəcə, diqqətinizi bircə nüansa çəkəcəm: Anadolunu qurtarmış Mustafa Kamalın da, Azərbaycanı xilas etmiş Heydər Əliyevin də atasının adı eyni idi.