Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin rəhbəri Sabir Rüstəmxanlı sabiq baş nazir Pənah Hüseynin arzusunu yerinə yetirib.
Belə ki, ötən həftə "Azadlıq-2015" Seçki Blokunun tədbiri zamanı S.Rüstəmxanlı P.Hüseyni DAK-ın İstanbulda keçiriləcək qurultayına dəvət etmişdi. P.Hüseyn isə təyyarə biletini təşkilatçılar aldığı təqdirdə iştirak edəcəyini bildirmişdi.
Dünən isə məlum olub ki, Pənah Hüseyn, İsa Qəmbər və Arif Hacılı DAK-ın qurultayında iştirak etmək məqsədilə İstanbula gediblər. Onlar hava limanından çəkilən fotolarını sosial şəbəkədə paylaşıblar.
Bu isə o deməkdir ki, Sabir Rüstəmxanlı adı çəkilən şəxslərin təyyarə biletini alıb. Başqa sözlə, Pənah Hüseynin arzusunu yerinə yetirib.
Cavidan