18 Aprel 2015 18:07
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eks-spiker Rəsul Quliyev sabiq baş nazir Rəhim Hüseynovun yazdığı "İşıqlı insan" kitabında qeyd olunan bəzi məqamlara qarşı çıxıb.

Quliyev Mütəllibovun istefası məsələsinə toxunub, qeyd edib ki, bu istefa haqqında onda daha dəqiq informasiya var.

Rəsul Quliyev açıqlamasında Azərbaycan Xalq Cəbhəsini də kəskin tənqid edib. Bildirib ki, həmin dövrdə Mütəllibovla Xalq Cəbhəsi arasında kəskin daxili mübarizə gedirdi, hər iki tərəf cəbhədə baş verənləri unutmuşdu və başları hakimiyyət uğrunda savaşa qarışmışdı.

Hətta Cəbhə "icra başçısı kimi qoyaq" sualları ətrafında mübahisələr edirdi.

Quliyev qeyd edib ki, Xocalı faciəsindən Mütəllibovun xəbəri olmadığını demək də absurddur. Çünki əgər bu soyqırımından prezidentin xəbəri olubsa, həbsə getməlidir, xəbəri olmayıbsa istefa verməlidir.

Cavidan


Müəllif:

Oxşar xəbərlər