Rusiyanın Soçi şəhərinin rəsmi orqanları erməni icmasının uydurma “erməni soyqırımı”nın “100 illik yubileyi” ilə bağlı tədbirlər keçirməsinə icazə verməyib.
Teleqraf.com AzərTac-a istinadən məlumat verir ki, hüquq mühafizə orqanları bu cür tədbirləri şəhərdə ekstremizmin və terrorizmin təbliği kimi qiymətləndiriblər.
Bundan əlavə, yol kənarlarından uydurma soyqırımı ilə bağlı bannerlər yığışdırılıb, aprelin 18-də keçirilməsi nəzərdə tutulan anım mərasimi ləğv edilib.
Soçi Daxili İşlər İdarəsinin rəisi S.Oqurtsovun imzaladığı bildirişdə qeyd olunur ki, erməni diasporu qanunsuz aksiyalar keçirsə məsuliyyətə cəlb olunacaq.
Yeri gəlmişkən, 2011-ci ildə Soçi rəhbərliyi erməni diasporunu quldur erməni generalı Andranikin şəhərdə qanunsuz ucaldılmış heykəlini götürməyə məcbur etmişdi.