20 Aprel 2015 13:04
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurultay iyun ayında keçiriləcək

Ötən həftənin bazar günü Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.

Teleqraf.com xəbər verir ki, sessiyada qərarların icra vəziyyəti, təşkilati məsələlər, ictimai-siyasi vəziyyət, qurultaya hazırlığın vəziyyəti və 2015- ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı məsələlər müzakirə edilib.

Sessiyada Ali Məclisin sədri Bəybala Əbil çıxış edərək qəbul edilən qərarların icra vəziyyəti barədə məlumat verib. Daha sonra o, Ali Məclisin qərarına uyğun olaraq ötən müddət ərzində görülən işlərdən danışıb.

Ali Məclisin sessiyasında ictimai-siyasi vəziyyət haqqında KXCP sədri Mirmahmud Mirəlioğlu geniş məruzə ilə çıxış edib. O, çıxışında partiyanın Ali Məclisinin qərarı ilə rayon- şəhər şöbələrində keçirilən zona müşavirələri və partiyanın növbəti qurultayına hazırlıq işlərindən danışıb. KXCP sədri çıxışında qarşıdan gələn parlament seçkilərinə hazırlıq məsələlərinə toxunaraq partiyanın təmsil olunduğu “Azadlıq- 2015” Seçki Blokunun gördüyü işlər haqqında məlumat verib. Partiyanın fəaliyyətinin güclənməsinin vacibliyini bildirən KXCP sədri 2015- ci ilin iyul ayında nizamnamə çərçivəsində qurultayın keçirilməsinin vacibliyini qeyd edib.

Sessiyada KXCP Ali Məclisinin sədri Bəybala Əbil öz çıxışında partiyanın ötən bələdiyyə seçkilərində ugurlu iştirakından danışıb. B. Əbil eyni zamanda qarşıdan gələn parlament seçkilərində partiya fəallarının iştirakının vacibliyini bildirib.

KXCP sədrinin müavini Xəzər Teyyublu KXCP-nin 2015- cü il fəaliyyət istiqamətlərinə uyğun görülən işlərdən və partiyanın növbəti qurultayına hazırlıq məsələlərindən, rayon (şəhər) şöbələrində keçirilən konfranslardan danışıb. Sessiyada KXCP-nin növbəti Qurultayının nizamnaməyə uyğun olaraq, 2015- ci ilin iyul ayında keçirilməsi və dəqiq tarixin müəyyən olunması, eləcə də qərardan irəli gələn vəzifələrin yerinə yetirilməsi İdarə Heyətinə tapşırılıb. Sessiyada Avropa Parlamentinin aprel ayının 15- də “erməni soyqrımı” iddiasını müzakirəyə çıxararaq bu iddianın tarixi reallıq kimi tanınması barədə qəbul etdiyi qətnamə və Vatikan Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin oxşar bəyanatı ilə bağlı etiraz bəyanatı qəbul olunub.


Cavidan


Müəllif:

Oxşar xəbərlər