21 Aprel 2015 11:03
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilir. Şahmat yarışı 10 gün davam edəcək.

Beynəlxalq turnirin əhəmiyyəti barədə Teleqraf.com-a açıqlama verən Milli Məclisin deputatı Fuad Muradov bildirib ki, Şəmkirdə keçirilən idman yarışının bu növü çox böyük tədbirdir: “Buna görə həm Şəmkir rayon icra hakimiyyətinə, həm “Synergy” qrupa, həm də rayonun Gənclər İdman İdarəsinə təşəkkür edirəm. Belə bir tədbirin Şəmkirdə keçirilməsi Azərbaycanın idman ölkəsi kimi artıq qəbul edilməsi deməkdir”.

Deputat Şəmkirdə keçirilən şahmat turnirinin beynəlxalq əhəmiyyətindən də danışıb: “Şahmat yarışı 100-dən çox ölkədə yayımlanırdı. Həmin tədbirdə Vüqar Həşimovun da ailəsi iştirak edirdi. Vüqar şahmatçı olaraq qeyri-adi istedada malik idi. Şəmkir rayonunda ikinci dəfədir ki, belə bir tədbir keçirilir. Keçən il də həmin tədbirdə iştirak etmişdim.

Qeyd edim ki, Şəmkirin şahmat paytaxtı olması çox yaxşı haldır. Hazırda, Şəmkirdə davam edən şahmat turnirinə Dünya Şahmat Federasiyasının prezidenti də qatılmışdı. Bu onu göstərir ki, Azərbaycanın son illər həyata keçirdiyi siyasət öz bəhrəsini verir. Artıq dünya xəritəsində Şəmkir şəhərinin də adı var. Bu dəfə Şəmkir rayonunu dünyaya tanıtdıq və görülən işlər bunu sübut edir.

Yarışda bizdən 10 şahmatçı iştirak edir. Çox maraqlıdır ki, həmin ərəfədə Ermənistanda da şahmat yarışı keçirilir. Buna baxmayaraq, Vüqar Həşimova hörmət əlaməti olaraq, güclü şahmatçılar Şəmkir şəhərini seçib Azərbaycana gəliblər”.

Qeyd edək ki, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq şahmat turniri aprelin 16-da Heydər Əliyev Mərkəzində başlayıb və turnir davam edir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər