22 Aprel 2015 16:07
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə “Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi” (TİKA) arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Teleqraf.com-un məlumatına görə, mərasimdə çıxış edən şura sədri, millət vəkili Azay Quliyev bildirib ki,uzun müddətdir TİKA ilə əməkdaşlıq edirik. Onun sözlərinə görə, bu əməkdaşlığı memorandum imzalayaraq rəsmiləşdiririk. A.Quliyev deyib ki, bəzi qüvvələrin qondarma soyqırım məsələsi ilə Türkiyəyə təzyiq göstərərək qisas almaq istyirlər:

"Türkiyənin Azərbaycan kimi dostu, qardaşı var və bizə qarşı aparılan qara piara qarşı birgə mübarizə aparmalıyıq. Ona görə də bu memorandumu gələcək üçün mühüm amil hesab edirəm. Bu mənada gələcəkdə iki ölkə vətəndaş cəmiyyəti nümayəndələrinin təmsil olunduğu forumun yaradılmasını istəyirik".

TİKA Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Haşim Polat bildirib ki, Çanaqqalada ingilislərin və digərlərin müstəmləkəçiliyində olan ərazilərdən də əsgərlər iştirak edir. Onun sözlərinə görə, türk əsgəri düşməni belə olsa yaralı halda öz kömək göstərib: "Bu onu göstərir ki, bizim mıdəniyyətimizdə yardım istəyənə hər kəs köməklik göstərib. Nəinki, bu gün bizə qarşı qondarma soyqırım iddiası irəli sürürlər. Bizim mədəniyyətimiz sülh, barış mədıniyyətidir. Türkiyədə xeyriyyə işlərini vəqflər həuata keçirir və ölkəmizdən kənarda da həyata keçirilir. Azərbaycana da bu sahədı öz köməkliyimizi göstərmək niyyətindəyik".

Memorandum çərçivəsində hər iki qurumun təmsil etdikləri ölkələrin milli maraqlarının müdafiəsi, QHT sektorunun inkişaf etdirilməsi, sosial, siyasi, elmi, texniki mövzularda informasiya mübadiləsi, təlim proqramlarının təşkili, təcrübə mübadiləsi sahəsində əməkdaşlığı nəzərdə tutulur.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər