CHP-li Gülsüm Bilgehan Toker və HDP-li Nazmi Gür erməni parlamentarilərin təklifi ilə AŞ PA prezidenti Anna Brösserin soyqırım qurbanlarının sükutla yad edilməsi çağırışına fəxrlə ayağa qalxdılar.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa deyib.
Onun dediyinə görə, digər millət vəkilləri və Azərbaycan millət vəkilləri etiraz ealməti olaraq ayağa qalxmadılar.
"Xatırladaq ki, CHP-li xanım İnönünün nəvəsidir. Ümumiyyətlə, buradakı Türkiyə parlamentarilərinin ermənilərin həyasızcasına ittihamları qarşısında susqun tutumu da acınacaqlı bir haldır. Qısacası, bu platformada da ermənilərə mövqələr uduzuldu..."-deyə, F. Mustafa sonra əlavə edib.
Ayxan