Ankara və Yerevan arasında münasibətlərin normallaşması üçün Ermənistan Türkiyəyə qarşı ədavətdən əl çəkməlidir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, Türkiyə istənilən məsələni, eləcə də tarixi hadisələri müzakirə etməyə hazırdır.
Ə.Davudoğlu bildirib: "Türkiyə çox ümid edir ki, ABŞ Prezidenti Barak Obama qondarma "erməni soyqırımı"ına görə Türkiyə ilə münasibətləri qurban verməyəcək".