Partiya Azərbaycan prezidentinə müraciət edib
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib.
Bu barədə məlumat verən partiyanın mətbuat xidmətindən bildirilib ki, sessiyada BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı geniş çıxışından sonra Ali Məclis adından Azərbaycan prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olunub. Müraciətdə bildirilir: “BAXCP Ali Məclisi Tofiq Yaqubluya gənc övladının vaxtsız vəfatı ilə əlaqədar dərin hüzünlə başsağlığı verir və onun dəfn mərasimində iştirakına şərait yaradılmasını təqdir edir. Eyni zamanda, Azərbaycan Respublikasının prezidentinə müraciət edərək, hər bir azərbaycanlının prezidenti kimi, Yaqublu ailəsinə də humanistlik və mərhəmət nümayiş etdirərək ailə üçün bu ağır günlərdə onlara mənəvi dayaq olmağa, Tofiq Yaqublunu əfv etməyə çağırır”.
Müraciətdə daha sonra qeyd olunur:”Tofiq Yaqublu Milli Azadlıq Hərakatının öncüllərindən biri olub, eyni zamanda, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib və təyin olunmuş cəzanın bir hissəsini çəkibdir”.
Nemət