24 Aprel 2015 22:18
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində qondarma “erməni soyqırımı” mövzusunda tədbir keçirilib.

YAP-dan Teleqraf.com-a bildiriblər ki, YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov tədbiri açaraq uydurma soyqırımının əsl mahiyyətindən danışıb.

Sonra isə BDU-nun prorektoru, tarix elmləri doktoru Sani Hacıyev qondarma “erməni soyqırımı” ilə bağlı apardığı araşdırmaların nəticələri barədə məlumat verib, ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərindən bəhs edib.


Müəllif:

Oxşar xəbərlər