“Suriya erməniləri Azərbaycana qarşı müharibədə iştirak etməyə məcbur olublar”
“Reallıq bundan ibarətdir ki, Rusiyada bu gün 3 milyon erməni yaşayır. Ermənistanda isə heç 3000 rus yoxdur. Bu qardaşlıqdan özünüz nəticə çıxarın”.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün Twitter səhifəsində yazıb.
O, həmçinin Dağlıq Qarabağda məskunlaşan Suriya ermənilərindən də bəhs edib: “BBC-nin məlumatına görə, müharibədən qaçaraq Ermənistana pənah gətirən 15 mindən artıq Suriya ermənisi Dağlıq Qarabağda məskunlaşıb. Bu Suriya erməniləri Azərbaycana qarşı müharibədə iştirak etməyə məcbur olublar”.
Nərgiz