27 Aprel 2015 18:00
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkillərinin müzakirəsinə 20 məsələ çıxarılacaq

Aprelin 28-də Milli Məclisin növbəti iclası keçiriləcək.

Gündəliyə 20 məsələnin müzakirəsi təqdim edilir.

Telqraf.com Milli Məclisə istinadən müzakirə ediləcək məsələləri təqdim edir:

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanunun layihəsi.

“Yol hərəkəti haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə.

Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Az qanunun layihəsi.

Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun layihəsi.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında layihə.

Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun layihəsi.

Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi.

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanununa dəyişikliklər.

İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında layihə.

“Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişikliklər.

Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi.

Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

“Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi.

“Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanunun layihəsi.

“Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanunun layihəsi.

Nemət


Müəllif: